525.Az

Hərbi qulluqçumuz şəhid olub


 

Hərbi qulluqçumuz şəhid olub<b style="color:red"></b>

Müafiə Nazirliyi (MN) bildirir ki, Azərbaycan Ordusunun hərbçisi həlak olub.

525.az-ın MN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələrinin atəskəs rejimini pozması nəticəsində xidməti vəzifələrini yerinə yetirən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, gizir Əlizadə Şahmurad Hilal oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

 





16.04.2015    çap et  çap et