525.Az

Cənubi Koreya şirkəti “Apple” ilə iş üzrə bölmə yaradıb


 

Cənubi Koreya şirkəti “Apple” ilə iş üzrə bölmə yaradıb<b style="color:red"></b> Cənubi Koreyanın “Samsung” şirkəti bilavasitə rəqibi “Apple” şirkəti ilə fəaliyyət göstərəcək xüsusi bölmə yaradıb.
 
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, struktura şirkətin 200-dək əməkdaşı daxil olub. Aprelin 1-də yaradılan və "Samsung Display Co” törəmə şirkətinə daxil olan bölmə “Apple” məhsulları üçün displeylərin hazırlanması və istehsalı ilə məşğul olacaq.
 
Hazırda ABŞ istehsalçısı “Samsung” şirkətinə komponentlər sifariş edən nəhəng sifarişçilərdən biridir. Məsələn, “Apple” artıq Cənubi Koreya istehsalçısından "MacBook” və “iPad” modelləri üçün displeylər alır. Bundan başqa, “Samsung” ABŞ şirkəti üçün müxtəlif qurğular, o cümlədən “iPhone” smartfonları üçün prosessorlar istehsal edir, - "Gazeta” yazır.
 





16.04.2015    çap et  çap et