Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə ilk oyununda (3:1) "Barselona"nın futbolçusu Andres İnyesta xəsarət alıb.
Qol.Az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi rəqibin oyunçusu Xavyer Pastore ilə toqquşmada belindən zədələnib.
Matçın 53-cü dəqiqəsində İnyestanı Xavi Hernandes əvəzləyib.
Futbolçunun zədəsinin ciddi olub-olmadığı bu gün keçiriləcək tibbi müayindən sonra bilinəcək.
çap et