525.Az

Polşadakı səfirliyimizin nəşr etdirdiyi yeni kitabların təqdimatı keçirilib


 

Polşadakı səfirliyimizin nəşr etdirdiyi yeni kitabların təqdimatı keçirilib<b style="color:red"></b>

Yunus Emre İnstitutunun Varşavada yerləşən filialında Azərbaycanın Polşadakı səfirliyi tərəfindən polyak dilində nəşr olunmuş 30 adda kitabın təqdimatı keçirilib.

Təqdimatda səfir Həsən Həsənov, Türkiyənin Polşadakı səfiri Yusuf Ziya Özcan, Yunus Emre İnstitutunun Varşava filialının direktoru Öztürk Emiroğlu və İnstitutun müəllim və tələbə heyəti iştirak edib.

Tədbirdə çıxış edən səfir Həsən Həsənov 2012-2015-ci illər ərzində diplomatik nümayəndəlik tərəfindən Azərbaycan mədəniyyətini və incəsənətini, ədəbiyyatını Polşa oxucularına daha yaxından tanıdan 30 adda polyak dilində nəşr edilmiş kitabların təqdimatını edib.

Səfir, həmçinin Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş silsilədən olan kitablar və kiçik məlumat açıqcaları haqqında da məlumat verib. Münaqişəyə həsr olunmuş açıqcalar və onların üzərində əks olunan xəritələr qonaqların böyük marağına səbəb olub.

Səfir Yusuf Ziya Özcan çıxış edərək Azərbaycan səfirliyinin fəaliyyətini alqışlayıb və gələcəkdə birgə əməkdaşlıq layihələri haqqında düşünməyi təklif edib.

Tədbirin sonunda səfir qonaqların suallarını cavablandırıb və hər kitabdan Yunus Emre İnstitutunun kitabxanasına hədiyyə edib.

S.ABDULLAYEVA

 





16.04.2015    çap et  çap et