525.Az

Jurnalistlər üçün müsabiqə keçiriləcək


 

Jurnalistlər üçün müsabiqə keçiriləcək<b style="color:red"></b> Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi jurnalistlər üçün müsabiqə  elan edib.

Bu barədə 525.az-a Komitədən məlumat verilib.

Müsabiqənin mövzusu  "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" adlanır. Müsabiqədə yaşı 35-dək olan qadın jurnalistlər iştirak edə bilərlər.

Yazı müsabiqəsinin şərtləri və əlavə məlumatlar aprelin 17-si  saat 12-də BMM-ə keçiriləcək mətbuat konfransında açıqlanacaq.

Maraqlanan media nümayəndələri tədbirdə iştirak edə bilər.
 





16.04.2015    çap et  çap et