525.Az

Beynəlxalq Valyuta Fondunun sabiq vitse-prezidenti həbs edilib


 

Beynəlxalq Valyuta Fondunun sabiq vitse-prezidenti həbs edilib<b style="color:red"></b>

Madriddə Beynəlxalq Valyuta Fondunun sabiq vitse-prezidenti həbs edilib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, EFE agentliyinin məlumatına əsasən İspaniyanın keçmiş iqtisadiyyat naziri və “Bankia” maliyyə qrupunun sabiq rəhbəri Rodriqo Rato evinə üç saat keçirilmiş baxışdan sonra saxlanılıb.  
 
Bəzi KİV-lər məlumatına görə, R.Rato baxışdan sonra sərbəst buraxılıb.
 
Qeyd edək ki, Rodriqo Rato 12 mln avro çirkli pulların yuyulmasında və aktivlərin gizlədilməsində ittiham olunur. 

 





17.04.2015    çap et  çap et