525.Az

Rövnəq Abdullayev Gürcüstandadır


 

Rövnəq Abdullayev Gürcüstandadır<b style="color:red"></b> Aprelin 16-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstana səfərə gəlib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün R. Abdullayevin Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşü gözlənilir. Görüş jurnalistlər üçün qapalı keçiriləcək.
 
Məlumata görə, R. Abdullayevin Gürcüstanın digər rəsmi şəxsləri ilə də görüşü planlaşdırılır.
 
Aprelin 18-də ARDNŞ-in prezidenti azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər edəcək və burada bir sıra tikinti obyektlərinə baxış keçirərək, onların açılışını həyata keçirəcək.
 





17.04.2015    çap et  çap et