525.Az

Dolların ucuzlaşması, avronun bahalaşması davam edir


 

Dolların ucuzlaşması, avronun bahalaşması davam edir<b style="color:red"></b>

Bu gün aprelin 16-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bir qədər zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 17-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0003 manat və ya 0,03% ucuzlaşaraq 1,0504 manat səviyyəsində qərarlaşıb.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0064 manat və ya 0,57% bahalaşaraq 1,1308 manat olub.

 





17.04.2015    çap et  çap et