525.Az

Bakıda yaşayış binasında partlayış, 3 ev dağıldı


 

Bakıda yaşayış binasında partlayış, 3 ev dağıldı<b style="color:red"></b>

Bakı şəhərinin Xətai rayonunda partlayış hadisəsi baş verib.
 
525.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində mənzil 12-də yaşayan vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin əsas divarları və 3 otağının tavanı, 1-ci mərtəbədə isə mənzil 10-da yaşayan digər vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan 3 otaqlıı mənzilin 2 otağının əsas divarları dağılıb.

Partlayış zamanı mənzil 12-də yaşayan Hüseynova Pərvanə Alı qızı müxtəlif dərəcəli yanıq xəsarəti ilə Yanıq Mərkəzinə aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 





07.12.2012    çap et  çap et