525.Az

ABŞ müsəlmanlarından Konqresə müraciət


 

ABŞ müsəlmanlarından Konqresə müraciət <b style="color:red"></b>

ABŞ-ın müsəlman icmaları ölkə rəhbərliyinə müraciət edərək “erməni soyqırımı” ifadəsi işlətməməyə çağırıb.

Trend-in “Sabah”a istinadən verdiyi məlumata görə, ABŞ-ın səkkiz müsəlman icması ABŞ Konqresinə yazılı müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi qiymətləndirmək həmin hadisələr zamanı zərər çəkən başqa millətlərin hüquqlarının pozuntusudur.

Bundan başqa müsəlman icmaları hadisələrin tarixi baxımdan araşdırılmasına üstünlük verdiklərini vurğulayıblar.

 





20.04.2015    çap et  çap et