525.Az

Müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı təkliflərə baxılır


 

Müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı təkliflərə baxılır<b style="color:red"></b>

Təhsil Nazirliyi tərəfindən Azərbaycanda müəllimlərlə bağlı başlanan islahatın davamını təmin etmək üçün Nazirlər Kabinetinə müvafiq təklif təqdim olunub.

APA-nın xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov məlumat verib. O bildirib ki, hazırda rayonlarda müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı təkliflərə hökumət tərəfindən baxılır.

Nazir müəyyən şirkətlərin gəncləri xaricdə təhsilə cəlb etməsinə də toxunub:

“Bir müddət öncə Təhsil Nazirliyinin yaydığı açıqlama Azərbaycanda fəaliyyət göstərən və pullu xidmət kimi xaricdə təhsili təklif edən şirkətlərlə bağlıdır.

Açıqlamanın məqsədi ondan ibarət idi ki, 2007-2015-ci illərdə azərbaycanlı gənclərin xaricdə təhsili üzrə dövlət proqramına qəbul aparmaq üçün Təhsil Nazirliyi heç bir şirkətlə əməkdaşlıq həyata keçirmir. Çünki bəzi hallarda sui-istifadə hallarına yol verilir, bəzi qurumlar və şəxslər bunu fərdi şəkildə təklif edir.

Bu baxımdan biz faydalı hesab etdik ki, vətəndaşların diqqətinə bu məsələni çatdıraq”.

 





20.04.2015    çap et  çap et