525.Az

Azərbaycan Berlin Enerji Təhlükəsizliyi Sammitində iştirak edəcək


 

Azərbaycan Berlin Enerji Təhlükəsizliyi Sammitində iştirak edəcək<b style="color:red"></b>

6-7 may tarixlərində Almaniyanın Berlin şəhərində Enerji Təhlükəsizliyi Sammiti keçiriləcək.

APA-nın məlumatına görə, “Böhranlar və qiymətlər: Çoxsaylı qeyri-müəyyənliklər arasında enerji təhlükəsizliyi” mövzusunda olacaq toplantıda dünyadakı böhran və münaqişələr fonunda enerji təhlükəsizliyi ilə bağlı problemlər müzakirə olunacaq.
 
Sammitdə Ukrayna məsələsi və neftin qiymətindəki dəyişikliklər, enerji bazarının yenidən qurulması, Avropa üçün davamlı rəqabət və diversifikasiya strategiyası müzakirə olunacaq.
 
Azərbaycan tədbirdə energetika naziri Natiq Əliyev təmsil edəcək. Sammitdə həmçinin Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç, İranın neft naziri Bijan Namdar Zəngənə, ABŞ-ın beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və koordinatoru Amos Hokşteyn və digərləri iştirak edəcək.

 





20.04.2015    çap et  çap et