525.Az

Avtodayanacaqda yanğın: 9 avtomobil yanıb


 

Avtodayanacaqda yanğın: 9 avtomobil yanıb<b style="color:red"></b>

Bakıda avtodayanacaqda yanğın baş verib.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda sahibi məlum olmayan, ümumi sahəsi 450 kv.m olan birmərtəbəli avtodayanacağın yanar konstruksiyaları və içərisində müxtəlif şəxslərə məxsus 9 ədəd müxtəlif markalı avtomobil yanıb.
 
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 
Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Əlavə məlumat veriləcək.

 





20.04.2015    çap et  çap et