525.Az

Azərbaycan kubokunun finalı Qəbələdə keçiriləcək


 

Azərbaycan kubokunun finalı Qəbələdə keçiriləcək<b style="color:red"></b>

Futbol üzrə Azərbaycan kubokunun final görüşünün keçirilmə yeri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, həlledici oyun Qəbələ şəhər stadionunda keçiriləcək.
 
İyunun 3-də baş tutacaq matçda “Neftçi” və “Qarabağ” üz-üzə gələcək. Ölkə kuboku tarixində ilk dəfə finala Qəbələ ev sahibliyi edəcək.
 
Qeyd edək ki, yarımfinal mərhələsində “Neftçi” “İnter”i (2:0, 1:2), “Qarabağ” “Simurq”u (1:0, 0:0) məğlub edib.

 





22.04.2015    çap et  çap et