525.Az

Saatlı sakini üçəm dünyaya gətirib


 

Saatlı sakini üçəm dünyaya gətirib<b style="color:red"></b>

Sabirabad rayonunda üçəm doğulub.

Sabirabad rayon Perinatal Mərkəzindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Saatlı rayonunun Qırağlı kənd sakini, 1991-ci il təvəllüdlü Həmzəyeva Afaq Rahil qızı ötən gün mərkəzdə üç qız dünyaya gətirib.
 
Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqların çəkisi 3,1, 3,0 və 2,8 kiloqramdır.  Valideynləri uşaqlara Mehriban, Leyla və Arzu adları qoyublar. Körpələrin vəziyyətinin normal olduğu bildirilib.

 





22.04.2015    çap et  çap et