525.Az

"Türkiyənin ermənilərdən üzr istəməsi üçün səbəb yoxdur"


 

"Türkiyənin ermənilərdən üzr istəməsi üçün səbəb yoxdur"<b style="color:red"></b>

Türkiyənin ermənilərdən üzr istəməsi üçün səbəb yoxdur.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Yalçın Ağdoğan deyib.

O qeyd edib ki, Türkiyənin tarixində heç bir "erməni soyqırımı" olmayıb.

Y. Ağdoğanın sözlərinə əsasən, Türkiyə 1915-ci il hadisələrini araşdırmaq üçün arxivləri açmağa hazır olduğunu dəfələrlə bəyan edib, lakin Ermənistan hər dəfə bu təklifə məhəl qoymur: "Türkiyə hakimiyyəti bir neçə dəfə Ermənistana dost əlini uzadıb, lakin bu ölkə həmişə onu geri çevirib".

Türkiyə-Ermənistan əlaqələrinin normallaşması imkanlarını şərh edən Y.Ağdoğan əlavə edib ki, Azərbaycan torpaqları azad edilmədən bu barədə söhbət gedə bilməz.

 





22.04.2015    çap et  çap et