"Barselona"nın baş məşqçisi Luis Enrike futbolçusu Luis Suares haqda maraqlı fikirlər səsləndirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, uruqvaylı hücumçunun ilk vaxtlardakı oyunundan narazı qaldıqlarını etiraf edib. Təcrübəli mütəxəssis bir müddət L.Suaresi transfer etməklə səhv qərar verdiklərini düşündüyünü bildirib:
"Suaresin komandaya uyğunlaşması bir qədər çətin oldu. O, çox çalışdı və gözlənilən oyunu nümayiş etdirdi. Suares hazırda komandanın ən önəmli futbolçularında biridir".
Qeyd edək ki, ötən yay "Liverpul"dan "Barselona"ya transfer olunan L.Suares bu mövsüm 19 qol vurub.
çap et