525.Az
Türkiyə Avstriyadakı səfirini geri çağırıb
Türkiyə Avstriyadakı səfirini geri çağırıb.
APA-nın Türkiyə Xarici İşlər Nazirliyin (XİN) istinadən verdiyi xəbərə görə, Avstriya parlamentinin qondarma "erməni soyqırım"ı ilə bağlı yaydığı açıqlamadan sonra Türkiyə bu ölkədəki səfiri Hasan Göğüşü məsləhətləşmələr üçün Ankaraya geri çağırıb.
Türkiyə XİN-in açıqlamasında bildirilib ki, Avstriya parlamentinin hüquqa və tarixi gerçəklərə zidd olaraq Türk millətini cinayətdə ittiham etmək haqqı və səlahiyyəti yoxdur:
“Bilinməlidir ki, Türkiyə və Türk milləti tarixinə atılan bu iftiranı unutmayacaq”.
“Parlamentin bu bəyanatının Türkiyə-Avstriya əlaqələrində uzunmüddətli izlər buraxacağı da şəksizdir” deyə qeyd edilən bəyanatda bu fikirlərin Avstriyanın Ankaradakı səfirinə çatdırıldığı da bildirilib.
23.04.2015
çap et