525.Az

Bakının Nərimanov rayonunda su olmayacaq


 

Bakının Nərimanov rayonunda su olmayacaq<b style="color:red"></b> Bakının Nərimanov rayonunda iki gün ərzində su olmayacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi boyunca yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.
 
Bununla əlaqədar dekabrın 8-9-da Nərimanov rayonunun bir hissəsinə - Montin qəsəbəsinə, Ə.Rəcəbli, F.X.Xoyski, Y.V.Çəmənzəminli, F.Yusifov, Ağa Nemətulla küçələrinə içməli su fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar ASC abunəçilərdən üzr istəyir.
 





07.12.2012    çap et  çap et