525.Az

Amaşov ATƏT təmsilçisi ilə görüşüb


 

Amaşov ATƏT təmsilçisi ilə görüşüb <b style="color:red"></b> Mətbuat Şurasının sədri Əflatun Amaşov ATƏT-in şöbə rəhbəri Blerim Vela ilə görüşüb.
 
Şuradan APA-ya verilən məlumata görə, görüşdə Ə. Amaşov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlıq etdiyini vurğulayıb.
 
ATƏT nümayəndəsi B. Vela təmsil etdiyi təşkilatın Azərbaycanla münasibətlərinin müxtəlif aspektlərindən danışıb. O bildirib ki, media sahəsindəki əməkdaşlıq prioritet təşkil edir.
 





23.04.2015    çap et  çap et