525.Az

ATƏT sədri Dağlıq Qarabağ münaqişəsi tərəflərini qarşılıqlı fəaliyyət göstərməyə çağırıb


 

ATƏT sədri Dağlıq Qarabağ münaqişəsi tərəflərini qarşılıqlı fəaliyyət göstərməyə çağırıb<b style="color:red"></b>

“Son zamanlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən qarşıdurmalar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin vacib olduğunu göstərir”.

APA-nın Dublinə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu ATƏT-nin fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
 
ATƏT sədri tərəfləri bir-biri və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə münaqişənin həlli istiqamətində birgə fəaliyyət göstərməyə və razılıq əldə etməyə çağırıb.
 
“Azərbaycan və Ermənistanın münaqişə ilə bağlı mövqeyi ortadadır. ATƏT-in mövqeyi isə Minsk qrupunun işini və tənzimlənmə prosesinin sülh yolu ilə həllini dəstəkləməkdən ibarətdir, - deyə Gilmor qeyd edib.
 
O əlavə edib ki, ATƏT-ə bu il sədrlik etmiş ölkə kimi İrlandiya Şimali İrlandiyada münaqişənin həll olunması ilə bağlı təcrübəsini bölüşmək üçün bir neçə konfrans təşkil edib.

 





07.12.2012    çap et  çap et