525.Az

"Manatda ciddi devalvasiya gözlənilmir”


 

"Manatda ciddi devalvasiya gözlənilmir”<b style="color:red"></b> “Neftin qiyməti sabitləşərsə, manatda ciddi devalvasiya gözlənilmir”.
 
“APA-Economis”in verdiyi xəbərə görə, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev deyib.
 
A. Quliyevin sözlərinə görə, dollar-avro münasibətləri manatın məzənnəsinə təsir edir. “Bununla belə, neftin qiyməti tədricən sabitləşdikcə, manatın ciddi devalvasiyası gözlənilmir. Ümumiyyətlə, Mərkəzi Bank mövcud ehtiyatlarını bu məsələnin həllinə yönəldəcək”, - deyə o qeyd edib.
 





24.04.2015    çap et  çap et