525.Az

Daha bir bələdiyyənin vəzifəli şəxslərinə qarşı cinayət işi açıldı


 

Daha bir bələdiyyənin vəzifəli şəxslərinə qarşı cinayət işi açıldı<b style="color:red"></b>

Kürdəmir rayonu, Xəlsə bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş materiallar araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, müəyyən edilib ki, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən 2007-2009-cu illərdə 23,5 ha torpaq sahəsi bələdiyyə iclasının qərarı olmadan qanunsuz olaraq icarəyə verilib.

Bundan başqa, bələdiyyə xəzinəsindən 4 min 766 manat məbləğində pul vəsaiti müvafiq sənədləşmə aparılmadan silinib. Qeyd edilən dövr ərzində “Anar” firmasından yanacaq-sürtgü materiallarının alınması barədə saxta sənədlər tərtib edilməklə bələdiyyə büdcəsindən 1009 manat məbləğində vəsait də qanunsuz olaraq məxaric edilib.

Fakta görə Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

 





08.12.2012    çap et  çap et