525.Az

I Avropa Oyunları günlərində ictimai nəqliyyat 20 saat işləyəcək


 

I Avropa Oyunları günlərində ictimai nəqliyyat 20 saat işləyəcək<b style="color:red"></b>

“Bakı-2015” Avropa Oyunlarının keçiriləcəyi günlər ərzində Bakı və ətraf ərazilərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri 20 saatlıq iş rejiminə keçəcək.

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.
 
“İlk Avropa Oyunlarının keçiriləcəyi günlərdə ictimai nəqliyyat səhər saat 05:00-dan gecə saat 01:00-dək çalışacaq”, - deyə N. Həsənov bildirib.
 
Qurum rəsmisi qeyd edib ki, “Bakı-2015” Avropa Oyunları başa çatdıqdan sonra ictimai nəqliyyat əvvəlki iş rejimində çalışacaq.

 





27.04.2015    çap et  çap et