525.Az

“Bakı-2015” məşəlinin səyahəti Naxçıvandan başlayır


 

“Bakı-2015” məşəlinin səyahəti Naxçıvandan başlayır<b style="color:red"></b>

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda, Atəşgah məbədindən götürdüyü alovu ilk məşəlçiyə verdikdən sonra, məşəlin ölkəmizin 60 regionuna 48 günlük səyahətinə start verilir.

525.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, məşəlin Naxçıvana səyahəti münasibətilə Naxçıvan şəhərində təşkil olunacaq festivalın böyük təmtəraqla keçəcəyi gözlənilir.

İlk olaraq, məşəllə qaçacaq Polad Əliyevin ardınca müvafiq ardıcıllıqla, Əfqan Qurbanov, İbrahim Musayev, Kənan Əsədov, Sahil Rüsanov, Tural Gözəlov, Fəridə Hənifəyeva, Səkinə İbrahimova, Gülxanım Cəlilova, Xanım Xudadanova alovu, umumilikdə, 4.1 məsafədə aparacaqlar.

Son illər Naxçıvanın idman həyatı bir sıra beynəlxalq tədbirlələ zəngin olub. 2003-cü ildə Naxçıvan şəhərində şahmat üzrə, gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilib.
 
Burada həmçinin, usta şahmatçılar arasında ənənəvi “Naxçıvan Open” beynəlxalq turniri və hər il gənc sərbəst güləşçilərin “Naxçıvan kuboku” uğrunda beynəlxalq komanda yarışı təşkil olunur.

Azərbaycanın ən qədim torpaqlarından olan Naxçıvan Muxtar Respublikasının inzibati ərazisinə 1 şəhər və 7 rayon daxildir. Sahəsi 5 502 km², əhalisi isə 2014-cü ilin statistikasına görə,  435 400 nəfərdir.

Rəvayətə görə, Nuh peyğəmbər Naxçıvanda dəfn olunub və hazırda burada Nuhun qəbrüstü türbəsi mövcuddur. Naxçıvan həmçinin Əshabu-Kəhf ziyarətgahı, Duzdağ və Mömünə xatun türbəsi ilə də məşhurdur.

Məşəlin Naxçıvan Festivalı barədə az.baku2015.com/Flame veb səhifəsindən ətraflı məlumat almaq olar.

 





27.04.2015    çap et  çap et