525.Az

"Nepaldakı Azərbaycan vətəndaşları evakuasiya olunur"


 

"Nepaldakı Azərbaycan vətəndaşları evakuasiya olunur"<b style="color:red"></b>

Nepalda olan Azərbaycan vətəndaşlarının bu ölkədən evakuasiya edilməsi üçün bütün mümkün tədbirlər görülür.

Bunu Trend-ə Azərbaycanın Nepalda da akkreditasiya olunan Hindistandakı səfirliyindən bildiriblər. Qeyd olunub ki, Azərbaycan hökuməti və səfirliyi bu istiqamətdə əlindən gələni edir.

Səfirlikdən bildirilib ki, ilkin məlumata görə, Nepalda 6-sı uşaq olmaqla 14 Azərbaycan vətəndaşı yaşayır.

Aprelin 25-də baş vermiş zəlzələ nəticəsində azərbaycanlılardan azyaşlı uşaq xəsarət alıb, lakin indi onun vəziyyəti normal olaraq qiymətləndirilir.

 





27.04.2015    çap et  çap et