525.Az

I Avropa Oyunlarının Londonda təqdimatı keçiriləcək


 

I Avropa Oyunlarının Londonda təqdimatı keçiriləcək<b style="color:red"></b>

Bakı 2015 Avropa Oyunlarının Londonda təqdimatı məqsədi ilə gənclər və idman naziri Azad Rəhimovun bu gün Londona rəsmi səfərə gedib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Londonun məşhur  “The Dorchester Hotel” ində baş tutacaq qala gecədə nazir Azad Rəhimov,  Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coenin çıxışları nəzərdə tutulub. 

Təqdimat mərasimi çərçivəsində qonaqlara Bakı-2015 Avropa Oyunlarına hazırlıqla bağlı video çarx nümayiş  olunacaq.

Eyni zamanda qonaqlara konsert proqramı və Azərbaycan tarixini,mədəniyyətini və digər dəyərlərini özündə əks etdirən fotosərgi də təqdim olunacaq.

 





27.04.2015    çap et  çap et