525.Az

Davudoğlu özünə yeni müşavir təyin etdi


 

Davudoğlu özünə yeni müşavir təyin etdi<b style="color:red"></b>

Türkiyənin baş naziri Əhməd Davudoğlunun yeni baş müşaviri postuna Əbdülqadir Özkan təyin edilib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, xeyli müddət xaricdə media və mədəniyyətlərarası münasibətlər istiqamətində işləyən Əbdülqadir Özkan ingilis dilini mükəmməl bilir. O, İstanbul Bilgi Universitetinin rabitə fakültəsindən məzun olub.

Təhsil naziri Nabi Avcının şagirdi olan Özkan bir müddət nazirliyin mətbuatla əlaqələr şöbəsində çalışıb. 2014-cü ildən isə təhsil nazirinin müavini vəzifəsinə təyin olunub.

Əhməd Davudoğlunun əvvəlki müşaviri erməni əsilli Etyen Mahçupyanın idi. O, yaşına görə təqaüdə göndərilib.

 





28.04.2015    çap et  çap et