525.Az

Azərbaycan “İDEF-2015”də 184 adda məhsul nümayiş etdirəcək


 

Azərbaycan “İDEF-2015”də 184 adda məhsul nümayiş etdirəcək<b style="color:red"></b> Bu il mayın 5-dən 8-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “İDEF-2015” Beynəlxalq Müdafiə Sənayesi sərgisi və konfransında Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 184 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.
 
APA-nın Müdafiə Sənayesi Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin müəssisələrində yaradılan və istehsal olunan məmulatların nümayişi məqsədilə müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.
 
“İDEF-2015” sərgisi çərçivəsində Yavər Camalovun Türkiyənin və bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.
 
Qeyd edək ki, bu ilin fevral ayında Abu Dabidə keçirilən beynəlxalq müdafiə sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 172 adda məmulat nümayiş etdirmişdi.
 





29.04.2015    çap et  çap et