525.Az

Şəxsiyyət vəsiqəsi almaq istəyənlərə şad xəbər


 

Şəxsiyyət vəsiqəsi almaq istəyənlərə <b style="color:red">şad xəbər</b>

Sənədləri internet vasitəsi ilə vermək mümkün olacaq

“Yaxın vaxtlarda Azərbaycanda vətəndaşlara internet vasitəsi ilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif xarakterli arayışlar xüsusi icazə və lisenziyalar almaq və digər imkanları yaradan sistem istismara veriləcək. Bütövlükdə elektron xidmətlərin siyahısı 24 istiqaməti əhatə edəcək”.

APA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Baş Təşkilatı - İnspeksiya İdarəsinin rəisi Fazil Quliyev bildirib. Onun sözlərinə görə, bunun nəticəsində yaxın zamanlarda Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqələrini almaq üçün sənədlərini internet vasitəsi ilə verə biləcəklər.

Nazirlik rəsmisi vurğulayıb ki, ölkədə əhaliyə elektron xidmətlərin göstərilməsi vacib məsələdir. F. Quliyev qeyd edib ki, hazırda vətəndaşlar üçün lazım olan bir çox sənədlərin polis əməkdaşları tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN Xidmət" mərkəzlərindən operativlik, şəffaflıq nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında verilməsi istiqamətində hazırlıq işləri artıq başa çatıb.

 





10.12.2012    çap et  çap et