525.Az
Səudiyyə Ərəbistanının ticarət və sənaye naziri Azərbaycana gəlir
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Mesaad İbrahim Al-Sulaimi qəbul edib.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı rəsmi səfərlərin, xüsusilə Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda Səudiyyə Ərəbistanı Krallığına səfərinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətini qeyd edib.
O bildirib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi əlaqələr də uğurla davam edir və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var. Ş. Mustafayev neft-kimya, kənd təsərrüfatı, turizm, investisiya qoyuluşu, birgə investisiya fondunun yaradılması və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
M. Al-Sulaim ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulamış, iqtisadi sahədə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.
Görüşdə may ayında Səudiyyə Ərəbistanı Krallığının Ticarət və sənaye nazirinin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri, səfər çərçivəsində keçiriləcək biznes forum və ikitərəfli görüşlər barədə ətraflı müzakirələr aparılıb.
29.04.2015
çap et