525.Az

Dörd ölçünün bir məqamı


 

Dörd ölçünün bir məqamı

Mahirə ABDULLA

İnsan təxəyyülünün ecazkar ifadə forması poeziya barədə bəşəriyyətin sonuncu peyğəmbəri Məhəmməd Peyğəmbərin şairlərə verdiyi qiymət bütün dövrlərdə önəmlidir. Dünyanın ən mükəmməl səmavi kitabıQurani-Kərimbəşəriyyətə gözəl, ahəngdar şeir dilində bəxş olunduğuna görə əleyhdarları Məhəmməd Peyğəmbəri şair adlandırmaqla gözdən salmağa cəhd edirdilər. Bu o zamandı ki, şeir eyş-işrət məclislərində xəyal taxtından ayaqlar altına atılmışdı. Müqəddəs kitabda belə  şeirləri məzəmmət edən ayə var, lakin İslam peyğəmbəri əsl şeirin qiymətini vermişdir: “Bəzi şeirlər hikmətdir”.

Tarixin hansı pilləsindəsə tətbiqi sənət, heykəltəraşlıq, rəssamlıq təşəkkül tapıb, orta əsrlərin poeziya dumanı səngiyəndə nəsr, dramaturgiya inkişaf edib. XX əsrin tərənnüm çəni-çisəyi çəkiləndə nəsr dabanlarını yerə bərk basdı. Belə dəyişkən mənzərələr insan nəslinin, cəmiyyətin dünyasının durumunu ifadə etsə , ruhun qanadları olan poeziya üstünlüyü həmişə əlində saxlayıb. Bu həqiqəti müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Çingiz Əlioğlu dəqiq ifadə etmişdir: “Poeziyaəbədiyyət ardınca uçuşda ötəri dəyərdir”.

Dünya nisbiliklər üzərində bərqərardır. 100 milyard sinir hüceyrəsi olsa da, yalnız on faiziylə işləyən beynimizin qavrayışı insan reallığıdır. Ömür “2+2” 4-ə bərabər dəqiq riyazi tənlikdirsə, yaşamağa dəyməz. Bu cavabın heç vaxt 4-dən artıq olmayacağını bilsək, bundan artıq heç gözləməsək, həyat mənasızlaşar.

Habelə həyat olduğu kimi deyil, istədiyin kimi gördüyün üçün mücərrəddir, buna görə  yaşam təsəvvürləri sayılır. Bu baxımdan Çingiz Əlioğlunun yaradıcılığı fərqli qavrayışa, zəngin analitik müşahidələrə malik şairin dünyanı yeni ölçüdə, yeni anlamda dərkidir.

Çingiz ƏlioğluPoeziyagörünməyən bir nəsnənin güzgüdəki əksidir, təmizlikdə saflaşmış reallıqdır”– deyir. Şair misssiyası, əlbəttə, “görünməyən bir nəsnəni  təmizlikdə saflaşmışreallığa çevirməkdir .

Görünməyəni güzgüdə yalnız şair görə bilər. Buna vəhy, ilham adlanan vəcd, ilahi sevgi bəsirət gözü gərəkdir. Bir zamanlar Xalq şairi Rəsul Rza ədəbiyyatda hələ kövrək addımlarını atan gənc şair Çingiz Əlioğlunu ölməz türk şairi Nazim Hikmətə bənzətmişdi: “Ona görə yaxın oxşarlıq deyirəm ki, bu oxşarlıq təqlid, bənzətmə, hətta təsir belə deyil. Bu, yalnız poetik təfəkkür oxşarlığı, duyğu yaxınlığı, təəssürat bənzəyişidir...”

Əlbəttə, bir zamanlar deyəndə uşaqlığımızı gəncliyimizi nəzərdə tuturuq, zira, şairin ən böyük uğuru ülvi duyğuların axarına düşməkdir. Bu axının əksinə getməyə cəhd etsən, zaman axırına çıxacaq.

 İnsan ömrü boyu nəyəsə haqq qazandıra-qazandıra yaşayır. Yaşam bir əlçim ümiddir, zamancəhrəsi; ipimiz kəsilənəcən əyiririk onu. Bu ümid qəlb evini tərk edəndə şair olub Çingiz Əlioğlu kimi vəfasız dünyanın üzünə durursan:

Bu hana asanın kirkit-kərkisi...

Kəsilmiş  arqacdır, əriş sərgisi.

Bu alın yazısı, tale dərgisi

Yolumda çəpinə çökmüş çəpərdi.

Bəzən danışığa çevirdiyimiz, yəhərdən salıb adiliyə çidarladığımız poeziya, əslində, qafiyə səsləşmələri deyil, aləmin nizamıdır. Biz bu nizama köklənirik......yaşayırıq.

... kökdən düşəndə ölürük. Cismən  ölməsək , ruhən ölürük.  Rühən ölmək enerjinin tükənməsi olduğu üçün sonumuza qol çəkirik.

Poeziya həmişə seyrçi müşahidələrdən yüksəkdə dayanıb. Çingiz Əlioğlunun şeirlərində yalana, saxtakarlığa təpki var. Günlərin bir günü duyğularına rəvac verib həqiqət yürüşünə yollanan şairın qələmiylə həyat məcrasından çıxır.

Şeirləri sehrinə emosional cazibəsinə görə xarici ölkələrdə tərcümə olunub sevilə-sevilə oxunur.

Kövrəkdir, zahiri sərtliyi təmkiniylə bunu gizlətməyə çalışır; elə bil körpə uşaq iki əlini sinəsinə sıxıb ürəyini qoruyur.

Gözümə toxunan yağış ağlayır,

Çağlayan dilimi dilin bağlayır,

Dağların bağrını dağım dağlayır...

Güllər gülüşümü alıb apardı.

Sanbalına görə poeziyasına ulularımızağırtaxtalıdırdeyərdilər. Oxuyub keçə bilmirsən; əvvəl diqqətini çəkir, sonra ürəyini fəth edir.

   

AĞILLA  DUYĞUNUN  DAVASI

Vərdiş pis şeydir. Yaxşıya, pisə adətkar olmaq sonucda unutqanlığa,  laqeydliyə gətirib çıxarır. Kütləşib, ətrafın rənglərini görmürsən. Görmürsən, ruhən qeyb olursan. Sizlərdən kimsə başını qaldırıb bir anlığa Sahil bağının çinarlarında oxuyan torağaya qulaq kəsilsə, küçədən keçənlər bu adamı dəli sayacaqlar.

Əsl sənətin zamanı yoxdur. Şair olmaq üçün mütləq Çingiz Əlioğlu kimi cəsarətlənib adilikdən çıxmalısan. O, gələcəyin şairidir. Bəzən şeirləri ifrat model, eksperiment təsiri bağışlayır, amma elə deyil. Eksperimentlərdən çox-çox irəli gedərək yeni şeir fəlsəfəsi məntiqi poeziya sistemi yaratmağa müvəffəq olub.

Çingiz Əlioğlunun şeirlərində zaman nəqli var. Dövrünün deyil, tarixin, xalqın yaddaşını yaşadır. Ən azından dediyi kimi: “Poeziyada vaxt başqa, poeziya vaxtın başqasıdır”.

O, intellektual səviyyəsiylə Azərbaycan poeziyasının indiki durumundan bir neçə pillə yuxarıda duran şairlər cərgəsindədir. Heç kəslə işi olmaz, yazıb-yaradır; çünki mənəvi asılılıq qul xisləti, maddi asılılıqcəmiyyət xətasıdır. Heç kəsin onunla işi yoxdur, axı Çingiz Əlioğlu qəribəliyinin dərinliyinə hər kəs dala bilməz.

Dünyanın ən böyük maddi mədəniyyəti kitabdır. 2011-ci ildə Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş II Beynəlxalq Kitab Sərgi-Yarmarkasıında yüksək çap mədəniyyətinə malik dəyərli kitablar çox idi. İki kitab isə yaddaşıma ömürlük həkk olundu: “Qurani-Kərimkitabı Çingiz ƏlioğlununTəhsilnəşriyyatında çap olunmuşÇərçivəkitabı. 

Təkrarolunmaz orijinallığın canlı obrazıÇərçivəkitabı artıq bir çox mükafatlar qazanıb. 2010-cu ildə isə Moskvada keçirilən VII BeynəlxalqKitab sənətimüsabiqəsinin baş mükafatına – “Qran Pri  layiq görülüb.

Ucalığın vahiməsi böyük olur! “Qurani-Kərimkitabı elə gözəldi, əlinə götürməyə qorxurdun. edim, istəklə maddilik çox  zaman  tərs mütənasibdir.

Çərçivəkitabı təmiz taxtadan əsl çərçivəyə salınmışdı. DüşündümÇərçivəadının mənası nədir? üçün dördbucaqlı yox, çərçivə? Çünki dördbucaqlı ümumi birtərəfli anlayışdır, çərçivəsə qayrayışdır. “Çərçivədən başqa aləmlərə qapı açılır. Başqa aləmə keçidzamandan zamana keçiddir həm . Bu keçid mexaniki proses olmayıb, birinci məkanın informasiyasını daşıyır yeni məkana ötürüb zənginləşdirir. Bu ötürülmə yaddaş prosesinin əsasını təşkil edir.

Kitabın naşiri Bəhruz Axundov Çingiz Əlioğlu yaradıcılığını həyat fəlsəfəsi, qəribə bir sehr, elinə-obasına ərmağan adlandırır: “Füsunkar Qarabağın əsrarəngiz təbiətinin çalarları, ürək oxşayan musiqisinin melodiyası, ətirli gül-çiçəyinin qoxusu, bumbuz bulaqlarının həzin şırıltısı var onun misralarında”. Təsirlənib filosofluq etməyə başladım: “Bəlkə şeirin magik simvolu elə dörd tərəfi bağlı çərçivədir? Poeziya ruhun qəfəsi, xəyalların sözlə ovlanıb ram edilməsi deyilmi? Ram olan qəfəsdə saxlanmırmı?” 

Toparlanıb kitabı aldım. Heyranlığım indiyəcən keçməyib, bu nəfis incəsənət  nümunəsini göz qabağında saxlayıram. Tez-tez əlimə alıb, vərəqləyib baxıram, dönə-dönə oxuyuram.

 Çərçivəbəşəri şairin qəlb dünyasının mövcudluq, müstəqillik seçimidir. Yaradıcı fərdin cəmiyyətdəki suverenliyini təmin edən ədəbi proses həmişə belə çərçivələrdən keçir.

Məzmunla formanın vəhdəti  kimi insan ömrünün qapalı olmasına işarədır; girişi, çıxışı yoxdur ona görə! Bu dar dünyada arzularımız bitib-tükənmir; həyat eşqi deyilən budur, dünya mənimdir deyənlərin nadanlığı da.

Yayında ilandır, oxu əfidir,

Tale atdığını  tanrı dəf edir

İllərin ilməsi qaçıbdır nədir,

Sökülən ömrümdən sapın sap ardı.

Bu sözdə məhdudiyyət sıxıntı var. Zira ən böyük uğur həqiqi zamanında məkanında mövcudluğun təminatıdır. Ən salamatısa öz enerjisinə yüklənməkdir. Sübuta ehtiyacı olmayan bu yaşam aksiomu ilhamın təbii axarlarında hisslərinə rəvac verən şairə gün kimi aydındır.

Söz kişi sözüdür, sahibi vardır!

Sözün ahılı, cahili vardır.

Kimin ki balaca ağılı vardır

Sözünə bənd-bərə, bir sərhəd qoyar.

Çingiz Əlioğlu saf, işıqlı enerji sahibidir. Əslində, iki ildir ürəyimdə hallanan buqaçhaqaçyazım Çingiz Əlioğlunu sevənlərin bütün ürək sözləriylə səsləşir. etməli, yalnız xəbislik qara buludlar kimi qat-qatdır. Sevgininsə günəşli səma kimi bircə apaydın, ləkəsiz üzü var.  

   

 PİFAQORUN  MAGİK KVADRATI

Sovet dövründə saxtahumanitarelmlərin aldanışlarına məruz qalan mənim kimi qələm sahiblərindən fəqrli olaraq Çingiz Əlioğlu dəqiq elmləri yaxşı bilır. Analitik düşüncəli şəxsiyyət olduğunu nəzərə alaraq bunların təsadüf olmadığını zənn etdim, çünki eyni şey iki dəfədən çox  təkrarlananda təsadüflikdən çıxır.

Çərçivəkitabı dördbucaqlı şəklindədir.

Taxta çərçivəsi dördbucaqlıdır.

Üz qabığında şairin şəkli kvadrat içindədir. 

İçərisindəki mətnlər təzədən kvadrata alınıb.

Riyaziyyatdan bilirik hər kvadrat dördbucaqlıdır. Beləliklə, 4 dördbucaqlı alınır. Bizim dünyamız da dördölçülüdür. Adətən, dördölçülü deyəndə Yer kürəsinin  ətrafında, insan təbirincə, başımızın üstündə dörd atmosfer qatı başa düşülür. Amma bunlar dörd nərdivan pilləsi deyil. Dörd ölçünün yalnız enerji qatları kimi anlanması yanlışdır. Mən planetimizin  başqa qalaktikalarla sərhədlərinin dördkünc, dördbucaqlı şəklində olduğuna əminəm. Əlbəttə, yüz illərlə yaşı olan astronomiya elminə qarşı çıxmaq üçün ciddi dəlillərə əsaslanmalısan. Mən bunu sübut edə bilərəm, lakin bu, başqa söhbətin mövzusudur.

...Bəlkə  bu kitabdakı 4 dördbucaqlı da həmin dörd ölçünü simvollaşdırıb?

Başqa bir məqam. Qədim Avropanın məşhur filosofu, riyaziyyatçısı, qeyri-adi ideyalarıyla tarixə düşən Pifaqor numerologiya elminin banisi sayılır. Pifaqor deyirdi: “Rəqəmlər hər bir insanın yaradılış səbəbini, onun həyatda missiyasını, taleyini ifadə edir”. O, rəqəmləri tale şifrələri hesab edirdi. Doqquz xanadan ibarət Pifaqor kvadratı isə psixomatrisin maketi hesab olunur.

 Psixomatris insanın doğuluşdan həyat vibrasiyasını əks etdirir. Çingiz Əlioğlunun yaradıcılığında işığın qaranlığın ab-havası, ruh dünyasından xəbər verən insanın poetik obrazı taleyi, dünya barədə düşüncələri var.

Çərçivəkitabı şair ruhunun sədasıdır.

Rəngləri ab-havasıdır

Hissləri ağılla duyğunun davasıdır.

Bunların hamısını magik Pifaqor kvadratına yerləşdirsək, aləmin əzəmətli mənzərəsi alınar.

Çərçivəkitabı gerçəkliyin abstrakt anlamı kimi müasir poeziyamızın psixomatrisidir.

   

SƏNİ  DEMƏSƏM,  ÖLLƏM...”

Səs xəyalın bütöv obrazını vermir; yalnız ayrı-ayrı şaxələridir. Sözə çevrilmək üçün əvvəlcə cismin enerjisinə yüklənir, sonra maddiliyin dalğasına keçir. O zaman Çingiz Əlioğlu onun qısnağından qınağından belə qurtulmağa çalışır:” Səni deməsəm, ölləm...”

Yəqin əvvəlki, daha yüksək sivlizasiyalarda insanlar dil vasitəsiylə deyil, enerjiylə ünsiyyətdə olurdular.  Bəlkə bizim dünyanın adamı olmadığı üçün şair sükutun səsini eşidir:

ürəyində danışan 

adam səni eşitdim

Heyhat danışıq hər ötürülmədə  informasiya kimi beynin yaddaşkartınayüklənib, müəyyən çəki itkisi verdiyindən mahiyyəti tam ifadə etmir.

bəlkə mən öz səsimlə

bəlkə bir az bayağı

bəlkə bir qədər şitdim

Kainat qanunlarına görəaninsan üçün ən iti zaman tezliyidir. Səsin özü enerji dalğalarıdır. Onu hər kəs hər an duya bilməz; gərək Çingiz Əlioğlu kimi tezliyinə düşəsən.

eşitdim səni amma

durmuşdun yolayrıcında

mən yandan keçirdim.

Sükutdeyilən səsin boğulmasıdır, enerjinin hansı nöqtədəsə düyünlənməsidir. İnsanı daim  gərgin saxlayır.

bədəninin içində

üşüyən susqun adam

kiməsə gizli bir dərd

kiminçünsə qüsursan.

Səs yüksək voltlu elektrik xəttinin gərginliyi kimi daim paylanmalıdır. Şairlər kainatın harmoniyasına kökləndikləri üçün şair olurlar. Vacib deyil bu harmoniya zümzümə kimi ahəngdar olsun.

səsin bu gecəyarı

danüzü dan işığı

qulağımı deşirdi.

Poeziya bizim duyğu dünyamızdır, səs isəqapı-pəncərəsi. “Şair söylənməmişin, dilə gəlməyənin tərcümanıdırdeyən Çingiz Əlioğlu kövrək qəlbiylə, həssas ruhuyla həmin anda, həmin yol ayrıcında donan insanın  səsinə qoşulur. Bu çağırış qələmindən süzülür, sübhün danı kimi qanı qaçıb avazıyan üfüqlərdə bəşəri qovuşuğa çevrilir.

ürəyində danışan

ürəyində susma ki

susma səni eşidim.

Səshərəkətin təzahürüdür. Hər səs hərəkət olsa da, hər hərəkətin səsini eşitmirik. Hərəkət deyilən fəaliyyətə çevriləndə səslər enerjinin ritmləriylə kainat musiqisini yaradırlar. Bu ritmlərin ədəbiyyatımızda sözün strukturuna toxunması elə poeziyadır. İlmələri, naxışları janrları yaradır.

Bu texnikaÇərçivə  nəzəri əsaslarını tapıb. Ona görə bu kitabı müasir poeziya nəzəriyyəsi adlandırmaq olar.

Söz oyunujanr deyil, səs yaddaşının məşqi, inkişafıdırdeyir Çingiz Əlioğlu. Şifahi yazılı ədəbiyyatımızın qatları var onun kitabında. Təəssüf ki, çox zaman ayaqlarını, qələmini desək, daha düzgün olar, ətalət əyalət çamurundan, klassik qafiyə, ifadə kirəclərindən qoparıb çıxarmağı bacarmayanlar belə yeniliklərı görməməzliyə vurur, ya da qəbul etmirlər. Zamansa öz işini görür, şəkkakları gözləmir, qapının arxasında qoyub gedir.

Bütün səslərin öz  musiqisi var.

Bayatıtütək naləsi.

Qoşmaqoşa nağara.

Qəzəltar.

Sazgəraylı.

Bəşəri ahəngsə ancaq simfoniyadır. “Çərçivəkitabı səslərin səsləşməsiylə, nizamıyla, daxili ritmləriylə  mükəmməl poeziya simfoniyasıdır. Səslərin notları var onda.

Səslərin bir-birlərini təqibiməna ittifaqıdır. Çingiz ƏlioğlununMusiqişeirində musiqi haqqında gözəl fikirlərlə yanaşı bu simfoniyanın keçidləri diqqət çəkir.

Musiqi, ey saqi, musiqi çağır...

Muskat şərabıtək çuğlasın bizi.

Musiqi taktının mustanq atları

O göylər tağına bağlasın bizi.

Kitabda sözün rəngini, əhvalın göyqurşağını da gördüm. Şairin oğlu Orman Çingizoğlunun fotoları o qədər canlıdır, sanki atası bu şeirləri yazanda daim yanında olub. İnsan yalnız böyük məhəbbətlə sevdiyi insanlara belə yaxındır.

İstedadlı rəssam Gündüz Ağayevin bənzərsiz rəsmlərini şair ruhunun fırtınası adlandırardım. Bu ifadəni Çingiz Əlioğlu poeziyasına ən yaraşan ad hesab edirəm.

  

lll

Bir şair var. Həmişə səfər üstündədir. Eləcə qayğılıdır, tələsir. Adama darıxqanlıq gəlir. Qorxursan dayanıb yol ayrıcında qalasan.

Tale şairidir o; harasa yetməyə, kiməsə, nəyəsə çatmağa tələsərək bu zalım dünyanı yorur yorulur. Amma bircə anlığa dayanıb çiynindəki yükü yerə qoymur, sanki əziz-xələf balasıdır. Yerə qoyulası, atılası yük deyil. Biz  oYOL GEDƏN ADAMI  tanıyırıq:

O gedən Çingizdir, yolu sabaha,

Çiynində bütöv bir elat, el gedir...

May, 2011

 

 





14.09.2012    çap et  çap et