525.Az

Afaq Məsudun “Seçilmiş əsərləri” iki cilddə


 

Afaq Məsudun “Seçilmiş əsərləri”<b style="color:red"> iki cilddə</b>

Bu yaxınlarda Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə yazıçı Afaq Məsudun ikicildlik seçilmiş əsərləri işıq üzü görüb. Bu kitablarda yazıçının oxucular tərəfindən sevilən ən məşhur əsərləri yer alıb.

Külliyyatın ilk cildi müəllifin maraqlı müsahibəsi ilə açılıb. “Yazarkən mən can üstə oluramadlı yazıda sanki yazıçı əsərlərini təqdim etməzdən qabaq oxucusu ilə canlı ünsiyyətə girir. Yazıçının təsirli sözünün qüdrəti elə ilk səhifədəncə, hələ yazdıqlarına keçməmiş müsahibəsindəcə oxucunu tilsimləyir. Afaq Məsudun sözügedən müsahibəsi kitaba əlbəttə ki, önsöz əvəzi olaraq təsadüfi daxil edilməyib. Bu, Afaq Məsudun ağıllı, ağrılı, bəzən sıradan bir qəlbin, beynin götürməyə gücü çatmayacaq qədər ağır yaradıcılığına oxucunun müsahibə ilə hazırlaşdırılması priyomudur. Bu müsahibə onun ən sevilən əsəri kimi sevimlidir, bütün sevimlilər kimi əzabvericidir: “Həyatımda baş verən bir neçə ağrılı bir neçə sevincli hadisələr var ki, onlar mənim bioqrafiyama daxil olub. Bu, mənim əsərlərim itkilərimdir. O ki qaldı ötən yaşantılara, mən hər gün, hər saat, hər dəqiqə özüm özümdən, həyatdan yox, məhz özüm-özümdən o qədər informasiya alıram ki, ötüb keçmişlərə burda yer qalmır. Hər anım mənim üçün həm informasiya, həm kəşfdir. Bu məşğuliyyət deyil. Bu, mənim həyat tərzimdir”. Bu müsahibədən sonra yazıçının ilk cilddə yer alanGeneralın ölümü”, “Alman kilsəsi”, “Can üstə”, “Müvəkkil Vaysman”, “Dahi”, “S.V.A.C.O”, “Prezident”, “Aysunİkinci İohanhekayələri oxuculara təqdim olunub.

Oxucuların ixtiyarına verilən yaradıcılıq nümunələrindən əvvəl Afaq Məsudun müxtəlif dövrlərdə  mətbuat orqanlarında çap edlimiş müsahibələrinin təqdimatı maraqlı bir ənənə kimi kitabı sonadək izləyib. YazıçınınErkən hekayələrbölümündəGecə”, “Sərçələr”, “O”, “Dovşanın ölümü”, “Qəza”, “Qu quşu”, “Şənbə gecəsi”, “Tutuquşu”,  Uydurma”, “Bekar”, “Öldürdülər”, “Mədəd”, “TəkYataqxanaprozalarından əvvəl təqdim olunan müsahibəsi əsərləri qədər diqqəti çəkir. “ “Azadlıq”-insan bərabərliyinin azadlığının olmadığı yuxu ərazilərində baş verənlərdiadlı yazıda da bir-birindən maraqlı, ziddiyyətli fikirlər adamı alıb aparır: “...Bu, insanlıq üçün bir növicad edilmişcəmiyyət normaları darısqallığında vurnuxan, çərçivələrə sığmayan, sosial məişət qəliblərindən məngənələrindən darılıb üzülən İnsan sıxıntılarıdır. Əsərlərimdəki obrazların əksəriyyəti qadın olduğundan ilk baxışda adama elə gəlir ki, onları sıxan mətbəx məişətdi.. Kişi olacaqları təqdirdə ola bilsin ki, bu məngənə maşın sükanı, yaxud dar düyünlü, tarım qalstuk olacaqdı”.

Birinci cilddə yazıçınınSuiti”, “İzdihamÜzü işığaromanları yer alıb. Ənənə isə kitabı boyunca təkrarlanır. Romanlardan əvvəl A. MəsudunMənim üçün ədəbiyyat ərazidir. Bu ərazidə ierarxiya qanunları işləmirbaşlıqlı müsahibəsi verilib. Bu müsahibələr sanki oxucunu dərin sulara daxil olmamış ehmalca dənizin dərinliyinə, hətta baş verə biləcək burulğanlara, qalxacaq dalğalara hazırlıq məqsədi daşıyır: “Düzü, heç vaxt məxsusi bir yenilik yaratmaq iddiam olmayıb. Əsərlərimdə sizə yeni görünənlər, olsun ki, milli ədəbiyyatımızın qəbul olunmuş normalarından, millilik ənənələrindən bir qədər kənar baxışlar, bir qədər çılpaq, daha doğrusu burxulmuş fikir duyğulardır. Ədəbi qəhrəmanlarımı dediyiniz psixoloji labirintlərdə dolandırmağıma gəlincə, bilirsiniz ki, psixoloji nəsr yazıram. Bu üslub geniş oxucu kütləsi üçün rahat həzm olunan əsərlər yetirmir ola bilsin, qəhrəmanlarıyla bir, yarıqaranlıq labirintlərlə, mistik dəhlizlərlə dolaşan müəllif kənardan qorxu iztirablar içində qovrulan insan təsiri bağışlayır. Lakin bu, heç belə deyil. Dediyiniz o dərinliklər, yarıqaranlıq, qapalı məxfiliklər mənim çoxdandan bəri temperaturuna öyrəşdiyim doğma yerlərdi”.

Kitabın ilk cildindəQatarın altına atılan qadınKərbəlapyesləri təqdim edilib. Pyeslərdən əvvəl isə A. Məsud yaradıcılıq əzablarını əks etdirən, həmçinin pyesinin təqdimatından sonrakı düşüncələri öz əksini tapanMən sözlə, dərzi iynəylə işləyən kimi işləyirəmyazısı verilib: “Bizim teatr, elə ədəbiyyatımız da uzun illər sənət əsəri üçün hədsiz vacib olan əsaslı bir şeydən məhrum olub-səmimiyyətdən. Ağrılar da oynanılıb. Axı ağrını necə oynamaq olar? O yaşanmalıdır. İstər yazıçı qələmində, istər aktyor ifasında. Burda həyatı oyunlar içrə keçmiş aktrisa tamaşaçısıyla oynamır. O həqiqi yaralarını açır ordan sızan qanını nümayiş etdirir. Tamaşa zalını da məhz bununla ələ alır, gizli yaraların közünü qoparır”.

Yazıçının ilk kitabıDuyğular imperiyasıilə yekunlaşır. Yəqin ki, bu əsər təsadüfi olaraq ilk kitabın sonluğu kimi seçilməyib. Bəlkə yazılma ardıcıllığı belə tələb edib, yaxud müəllif qəsdən ustalıqlaDuyğular imperiyası sona saxlayıb-oxucusunu ikinci kitaba ekstrim, eyni zamanda təhlükəli bir körpüdən keçirmək niyyəti ilə.

Amma hələ bundan da əvvəlDuyğular imperiyasınaBütün əzabları mənə öz içimdə veribləryazısı ilə daxil oluruq: “Öz aliMƏNini kütlə psixologiyasının xırda qanunlar çərçivəsindən mühakimə etmək- Allaha meydan oxumaq qədər günah bir işdi”. Müsahibədə verilənYazılarınızı oxuyanda, bir şey daha hasil olur ki, Siz həddən ziyadə narahat insansınız. Daim nəyinsə axtarışındasınız. Nəyi axtarırsınız? Maraqlıdırsualını yazıçıDesəm ki, həqiqəti, çeynənmiş alınacaq. Amma sözün əsl mənasında, həqiqəti. Mən daim onu axtarmışamkimi cavablandırıb.

Müəllif özüDuyğular imperiyası “...dünyanın qızıl damarınınecazkar nəhayətsiz Duyğu Kanalının adda-budda görüntülərikimi xarakterizə edib.

Kitabın ikinci cildində isə yazıçınınAzadlıq”, “Dəfn”, romanları, “Can üstə”, “O məni sevir”, “Yol üstəpyesləri, eləcə esse məqalələri, müsahibələri təqdim olunub.

Afaq Məsud bütün əsərlərində öz DaxilindəMƏNində yaşayır, orada yaradır, orada əzab çəkir, orada katarsis keçirir. Bizim üçün ən maraqlısı budur- yazıçı şəxsi, eyni zamanda bəşəri iztirabları elə yazır ki, istər-istəməz oxucu da bu prosesə qoşulur.

Sevinc MÜRVƏTQIZI

 





10.12.2012    çap et  çap et