525.Az

BDU tələbələri qısametrajlı film çəkdi - Video


 

BDU tələbələri qısametrajlı film çəkdi - <b style="color:red">Video</b>

Bakı Dövlət Universitetinin tələbələri qısametrajlı film çəkib.

BDU-dan 525.az-a verilən məlumata görə, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bir qrup tələbəsi "50 Shades of Flash Card "adlı qısametrajlı film çəkiblər.

Filmdə aktyor kimi Jurnalistika fakültəsinin tələbələri Asif Mehman, Fidan Həsənzadə, Almaz Akif və Məhəmməd Novruzlu iştirak edib. Filmdə təsadüfi seçilmiş mövzuda aparılan istintaq prosesi canlandırılıb.

Film 30 aprel tarixindən etibarən "50 Shades of "Flash Card" adı ilə youtube və digər sosial şəbəkələrdə paylaşılacaq.

 





29.04.2015    çap et  çap et