525.Az

Bakı 2015 Avropa Oyunları: Qitənin idman tarixində yeni səhifə


 

ANTİ-AZƏRBAYCAN QÜVVƏLƏRİN DÜNYADA "SABİTLİK ADASI" VƏ "İDMAN ÖLKƏSİ" KİMİ TANINAN ÖLKƏMİZƏ QARŞI YÜRÜTDÜYÜ MƏKRLİ SİYASƏT NƏDƏN QAYNAQLANIR?

Bakı 2015 Avropa Oyunları: <b style="color:red">Qitənin idman tarixində yeni səhifə</b>

"Azərbaycan dünyada "sabitlik adası", "idman ölkəsi" statusunu layiqli şəkildə öz üzərində daşımaqdadır".

İlham Əliyev 

24 illik müstəqilliyi ərzində 100-dən çox beynəlxaq konfrans, qlobal forum, sammit, simpozium, idmanın müxtəlif növləri üzrə dünya və qitə birinciliklərini uğurla təşkil edən Azərbaycan tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi edəcək.
 
Avropa Olimpiya Komitəsi tərəfindən bu qərarın verilməsində ölkəmizin dünyada artan nüfuzu, iqtisadi inkişafı önəmli rol oynayıb. Azərbaycan prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan dünyada "sabitlik adası", "idman ölkəsi" statusunu layiqli şəkildə öz üzərində daşımaqdadır. Müasir infrastruktur göstəricilərinə, yüksək standartlara sahib olan ölkəmiz qitə səviyyəli olimpiya yarışlarına qısa müddət ərzində hazırlaşmaqla bir daha sübut edib ki, beynəlxalq miqyaslı istənilən tədbiri qarşılamağa hazırdır. Bütün bunlar Azərbaycanın sadiq tərəfdaş, etibarlı ölkə imicindən xəbər verir. Hərçənd 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsini uğurla təşkil etməklə təcrübə baxımından nəinki Avropanın, ümumilikdə dünyanın inkişaf etmiş dövlətlərindən heç də geridə qalmadığımızı göstərə bilmişik.

Əlamətdar hadisələrdən biri də 2 il sonra - 2017-ci ildə ölkəmizdə daha bir mötəbər idman bayramının - İslam Həmrəylik Oyunlarının keçirilməsi haqqında qərarın qəbul olunmasıdır. Bu da ölkəmizin yeni idman infrastrukturunun Avropa Oyunlarından sonra da əhəmiyyətini saxlayacağını, gələcək yarışlar üçün ideal meydan rolunu oynayacağını, dövlət büdcəsinə real maliyyə vəsaitləri axınını təmin edəcəyini deməyə əsas verir. Halbuki qısa tarixi ərzində dünyada bu qədər uğura imza atan ölkə tapmaq çətindir.

Bəlkə də bu səbəbdən dövlətimizə qarşı bir cəbhədə birləşən qısqanc qüvvələrin sayı durmadan artmaqdadır. İnsan hüquq və azadlıqlarının pozulmasını süni şəkildə ortaya ataraq Azərbaycana qarşı aparılan qara kampaniyada xüsusilə erməni lobbisinin barmaq izləri sezilməkdədir. Çünki 20 faiz torpağımızı işğal edən, 1 milyondan artıq vətəndaşımızı qaçqın və məcburi köçkün həyatına sürükləyən, Xocalı, Qaradağlı soyqırımlarını törədən təcavüzkar Ermənistan aşkar şəkildə Azərbaycanın qazandığı mövqe üstünlüyünü həzm edə bilmir.

Şər-böhtan yağdırmaq, terrorçuluq və qəsbkarlıqla məşğul olmaq, ona aid olmayan torpaqlara, tarixi-mədəni sərvətlərə göz qoymaq və özünküləşdirməyə çalışmaq ancaq ermənilər kimi tör-töküntü millətin qanında ola bilər. 1915-ci il hadisələrini təhrif edərək "erməni soyqırımı" adlı nağıl uyduran mənfur qonşularımız bəzi dünya dövlətlərini müəyyən çıxarlar qarşılığında öz oyununa alət etməklə təkrarı olmayan misilsiz yalana imza atıblar.

Əslində ermənilər saxta "soyqırım"ın 100 illik anım mərasimini təşkil etməklə Türkiyə və Azərbaycana dost və düşmənini tanıdıblar. 24 aprel tarixində kimin İrəvana, kiminsə Çanaqqalaya gedəcəyi bir çox qaranlıq məsələlərə aydınlıq gətirəcəkdi. Qondarma matəm şousu hazırlayaraq öz acizliyini, rəzilliyini dünyaya təqdim edən Ermənistan, həmin gün dəvət göndərdiyi qonaqları Çanaqqala zəfərinin 100 illik tədbirlərində görəndə türk dünyası qarşısında nə qədər gücsüz və zəif olduğunu bir daha hiss etmək məcburiyyətində qalıb. Əgər saxta "soyqırım" tədbirinə qatılmaq üçün İrəvana 4 ölkə prezidenti səfər edibsə, həmin gün Türkiyədə zəfər bayramına 21 ölkənin rəhbərləri və 50-dən çox yüksək çinli dövlət və hökumət nümayəndələri təşrif buyurub.
 
Fransa prezidenti Fransua Ollandın Ermənistana səfəri region turnesinin tərkib hissəsi kimi yadda qalıb. Çünki Olland İrəvan görüşünü yekunlaşdıraraq təyyarəsini Bakı Aeroportuna hərəkət etdirib. Çanaqqala zəfərində iştirak etmək üçün Türkiyəyə gələn heç bir dövlət başçısı isə yolunu Ermənistandan salmayıb. Çünki dünya ictimaiyyəti yaxşı bilir ki, Roma Papası Fransiskin 20-ci əsrin ilk "soyqırım"ı adlandırdığı hadisə tarixin ən böyük yalanıdır.

İdman yarışları ilə insan haqlarının bilinməyən əlaqələri...

Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd etmək üçün qardaş ölkəyə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev əslində baş tutan möhtəşəm qələbə tədbirlərində Türkiyə dövlət başçısı Rəcəb Təyyib Ərdoğanla bərabər ev sahibi kimi iştirak edib. 1915-ci ildə Osmanlı İmperiyasına müharibə elan edən "Antanta" dövlətləri - İngiltərə, Fransa, İtaliya və Yunanıstana qarşı Çanaqqalada 3 mindən çox azərbaycanlı türk qardaşlarımızla bərabər mübarizə aparıb. Ona görə də bu zəfər bayramını türk dünyasının ən böyük tarixi qələbələrindən biri hesab etmək lazımdır. Bütün dünya, xüsusilə ermənilər bir daha əmin olmalıdır ki, keçən əsrin əvvəllərində olduğu kimi hal-hazırda da Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır.

2014-cü ilin aprelin 24-ü Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan Praqa sammitində Türkiyədən heç kimin iştirak etmədiyini görən Ermənistan prezindenti Serj Sarkisyan bu fürsətdən istifadə edərək qondarma soyqırım məsələsini ortaya atıb Ankaranı ittiham etməyə başlayanda dövlət başçımız İlham Əliyev ona sərt reaksiya göstərərək "Türkiyədən heç kəs burada yoxdursa, mən burdayam" deməklə iki qardaş ölkənin nə qədər bir-birinə bağlı olduğunu ortaya qoyub. İngilislər isə hesab edir ki, siyasətdə əbədi dost və düşmən yoxdur, daimi maraqlar var. Əsrlər boyu əksər Avropa dövlətlərinin məhz bu prinsiplə hərəkət ediyinin şahidiyik. Qeyd etdiyim kimi Birinci Dünya Müharibəsi ərəfəsində İngiltərə, Fransa və Rusiya "Antanta", Almaniya, Avstriya-Macarıstan və İtaliya "Üçlər İttifaqın"da cəbhə formalaşdırmışdı. Müharibənin gedişində İtaliya "Antanta" tərəfə keçərək dəyişən maraqlarının arxasınca hərəkət edib.

İndi isə hər iki alyansın üzvləri bir ittifaqda eyni maraqlardan çıxış etməyə çalışırlar. Lakin hesab etmək olmaz ki, bu onlarda kifayət qədər uğurlu alınır. Müasir dövrdə Ukrayna böhranından sonra köhnə müttəfiqi - Rusiyaya qarşı Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar heç də bütün üzv dövlətlərin maraqlarına uyğun gəlməyib. Açıq şəkildə ittifaq dövlətlərinin əlaqələrinin mahiyyətində siyasi çalarlar ön plana çıxıb və öz ampluasına sadiq qalan İtaliya, Yunanıstan kimi dövlətlər dostluq əlaqələrinin pozulması bahasına iqtisadi maraqlarından əl çəkə bilməyiblər.

Nəticədə birinci addımı Yunanıstanın baş naziri Aleksis Tsipras atıb. O Moskvaya səfər edərək Putinlə iqtisadi əməkdaşlığa dair bir sıra müqavilələr imzalayıb. Bu isə birmənalı olaraq Yunanıstanın üzv olduğu Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların ziddinə getdiyini təsdiqləyir. Lakin Türkiyə-Azərbaycan keçən əsrin əvvəllərində olduğu kimi indi də möhkəm qardaşlıq bağlarına sadiq qalaraq dünya siyasətində bir-birinin maraqlarını yüksək səviyyədə qoruyur, hansı çıxarların bahasına olursa-olsun digərinin mənafeyinə zidd olan addımlar atmır.

 Türklərlə ermənilər və onların havadarları arasında əsl fərq də məhz bundadır. Biz sülh və zəfər bayramları, transmilli layihələrlə dünyanı heyrətə sala biliriksə, ermənilər saxta matəmlərinə göz yaşı axıtmaqla, dünya ictimaiyyətinə öz acizliklərini göstərməklə, onlarda "məzlum", "əzabkeş" xalq təsəvvürünü formalaşdırmaqla məşğul olurlar. Əgər hiyləgər qonşularımız qondarma soyqırım kampaniyası ilə türkləri dünyada təcavüzkar, terrorçu kimi tanıtmaq istəyirsə, Qərb və Amerika dairələri ümumilikdə müsəlman dünyasını terror ləkəsi ilə əzməyə çalışır.

Bu mənada onların maraqları üst-üstə düşür. Yoxsa Qərb dövlətləri, Rusiya və Birləşmiş Ştatlar kimi dünya güclərinin Ermənistanla heç bir alıb-verəcəyi yoxdur. Bu mənada Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasını iddia edən xarici qüvvələr öz ölkələrindəki özbaşınalıqlara qiymət verməkdən yayınır, türk və müsəlmanlara qarşı həyata keçirilən istənilən təbliğata dəstək verirlər. "Freedom House", "Amnesty İnternational", "Human Rights Wathc", "Greco" kimi qərəzli və qeyri-obyektiv fəaliyyət göstərən təşkilatlar ölkə daxilindəki əlaltıları ilə himayədarlarının onlara verdiyi tapşırıqlara əsasən Avropa Oyunları ərəfəsində guya fundamental haqların müdafiəsinə qalxır, əslində isə mötəbər idman bayramının Azərbaycanda baş tutmasının qarşısını almağa çalışır. Əslində isə ölkəmizdə insan hüquq və azadlıqları sarıdan heç bir problem yoxdur.

Dövlətimiz ali dəyərlərə hər zaman hörmət və həssaslıqla yanaşır. Əgər bu məsələnin ölkə vətəndaşları ilə xüsusi bağlılığı varsa, o zaman ikiqat önəm kəsb edir. Bundan başqa, Avropa Oyunları ilə insan haqları arasında hər hansı bir əlaqə də yoxdur. Bu mənada sirr deyil ki, onların başlıca məqsədi Azərbaycanın dünyada artan nüfuzuna, etibarlı tərəfdaş imicinə kölgə salmaq, ölkə sabitliyini pozmaq və regionu qarşıdurma məkanına çevirməkdir.  

Azərbaycan bayram, Ermənistan "matəm" havasında

Qərbi və Birləşmiş Ştatları həqiqətən də insan hüquq və azadlıqlarının vəziyyəti narahat etsəydi, ilk növbədə öz ölkələrində qeyri-millətlərə, xüsusilə müsəlman və qaradərililərə qarşı baş verən polis zorakılığı, insanlıq əleyhinə vəhşiliklərə münasibət bildirər, bu problemlərin aradan qaldırılması üçün hökumətlərini ciddi tədbirlər görməyə çağırardılar.

Bu günlərdə ABŞ-ın Baltimur şəhərində polis zorakılığına qarşı qaradərili vətəndaşlar etiraz aksiyaları keçirib. Onların yeganə tələbi afro-amerikalıların hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən amansızlıqla qətlə yetirilməsinin qarşısının alınmasıdır. Bundan əvvəl Fergusson şəhərində də eyni qəbildən olan aksiyaların keçirildiyinin şahidi olmuşduq. Vəziyyət isə əvvəlki tək qalır. Bu gün yenə də qaradərililərin və müsəlmanların vəhşicəsinə döyüldüyü və öldürüldüyünü, onlara qarşı planlı şəkildə hücumlar edildiyini xarici mətbuat vasitəsilə izləyirik. Bir müddət əvvəl Şimali Karolina ştatında müsəlman ailəsinin yaşadığı mənzil silahlı şəxslərin hücumuna məruz qalıb. Evi güllə yağışına tutan cinayətkarlar bir qadının yaralanmasına səbəb olublar. Lakin dövlətin rəsmi şəxsləri hadisənin motivində İslama nifrət olduğunu istisna ediblər. Halbuki həmin ərəfədə sözügedən ştatda 3 müsəlman tələbə də güllələnərək qətlə yetirilib.

Aprelin 8-də isə Cənubi Karolina ştatında polis silahsız qaradərili vətəndaşa arxadan 8 dəfə atəş açaraq amansız qətlin səbəbkarı olub. Əslində dini və irqi zəmində hadisələr ilk dəfə deyil ki, Amerika və Qərb ölkələrində baş verir. Sözügedən dövlətlərin tarixinə nəzər salsaq, kifayət qədər qara ləkələrlə tanış ola bilərik. Qəribədir ki, bu tip cinayətlər miqyasından asılı olmayaraq terror, qətliam və soyqırım kimi qəbul olunmur. Səbəb isə hadisəni törədənlərin xristian etiqadlı şəxslər olmasıdır. Sanki Avropa və ABŞ-da belə bir hal formalaşıb ki, inanc yeri xristian dini olan şəxsin törətdiyi hadisə qeyri-ixtiyari baş verir və mütləq mahiyyətində psixoloji problem olacaqdır. Məgər "psixoloji problem" adlandırdıqları səbəb terrorizmə yol açan əsas amil deyilmi? Hansı ağlı başında olan şəxs günahsız insanları qətlə yetirər?

Fransada baş verən təyyarə qəzasında ikinci pilot Andreas Lubitzin qəzanı bilərəkdən törətdiyinə dair faktlar aşkarlansa da rəsmi şəkildə hadisə terror hücumu kimi qiymətləndirilməyib. Yenə də qəzanın səbəbkarının son zamanlar psixoloji sarsıntı keçirməsi hadisənin baş verməsində əsas ehtimallardan biri hesab olunub. Əgər 154 nəfər sərnişinin həyatına son qoyan qəzanın mərkəzində müsəlman olsaydı, heç şübhəsiz Qərb və Amerikanın islamafob dairələri təkcə hadisəni deyil, ümumilikdə İslam dünyasını yenidən terrorçuluqda günahlandıracaqdı.

Lakin sirr deyil ki, dünyada terrorizm adlı bəla var və  xüsusilə müsəlmanlarla qaradərililər bundan əziyyət çəkirlər. Demək olar ki, hər gün Əfqanıstan, İraq, Suriya, Yəmən, Nigeriya kimi dövlətlərdə dinc və günahsız insanlar kütləvi şəkildə qətlə yetirilir. Bütün bunların qarşısını almaq əvəzinə əksər dünya gücləri hadisələrə tərəfli yanaşır, ikili standartlar tətbiq edirlər. Bəs Qərbin və Amerikanın himayə etdiyi hüquq müdafiə institutları harada qaldı? Niyə bəşər övladına qarşı edilən haqsızlıqlar qarşısında susurlar, səslərini çıxarmırlar? Yoxsa onların günahı özlərini ali təbəqə sayan avropalılarla eyni irsdən olmamalarıdır? O zaman əsl terrorçular kimlərdir?

Tarix boyu müsəlmanları və qaradərililəri hər yerdə sıxışdıraraq kütləvi qətllər törədən avropalı və amerikalılar, yoxsa bütün bunlara baxmayaraq dünyanı sülhə, dostluğa, əməkdaşlığa çağıran türk və müsəlmanlar? Tarixdə ilk dəfə keçirilən Avropa Oyunları da məhz dünyanı sülhə, barışığa, dostluğa və qardaşlığa səsləyən idman bayramıdır. Bununla Azərbaycan təkcə Qərbə deyil, ümumilikdə dünyaya mesaj verir ki, heç olmasa bu idman günlərində silahları yerə qoyaraq günahsız insan qanının axmasının qarşısını alaq və gücümüzü arenalarda, yarış meydanlarında sınayıb, sonda dostluq qazansın deyərək qələbə münasibətilə bir-birimizin əlini sıxıb təbrik edək.

 





30.04.2015    çap et  çap et