“Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində təhsili yarımçıq qalan tələbələrin attestatlarının qaytarılmasına gələn həftə başlanacaq”.
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib. C. Valehov bildirib ki, ilkin mərhələdə 5000 nəfərin attestatı qaytarılacaq:
“Bu və ya digər səbəbdən attestatlarını ala bilməyən şəxslər nazirliyin 146 “Qaynar xətti”-nə müraciət edib qeydiyyatdan keçməlidirlər. Sonra şəxsiyyət vəsiqələrini həftənin 2-ci və 3-cü günü nazirliyin Vətəndaşların qəbul mərkəzinə təqdim edərək öz attestatlarını ala bilərlər. Burda söhbət diplomdan yox, attestatdan gedir. Bu proses mərhələli şəkildə davam etdiriləcək”.
çap et