525.Az

Ruslan Qurbanov sıradan çıxdı


 

Ruslan Qurbanov sıradan çıxdı<b style="color:red"></b>

Azərbaycan millisinin futbolçusu Ruslan Qurbanov sıradan çıxıb.

Qol.Az-ın Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, R.Qurbanov şərəfini qoruduğu "Hayduk" klubunun məşqində zədələnib.

Bu səbəbdən yığmamızın üzvü dünən Xorvatiya çempionatında "Lokomotiv"lə keçirilən oyunda iştirak etməyib. O, matçın 18-liyinə də salınmayıb.
 
Əzələsini dartdığı aşkar olunan Qurbanovun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.

 





30.04.2015    çap et  çap et