525.Az

Vəkil Arif Yunusla görüşüb


 

Vəkil Arif Yunusla görüşüb<b style="color:red"></b> Vəkil Əfqan Məmmədov Sülh və Demokratiya İnstitutunun həbsdə olan əməkdaşı Arif Yunusla görüşüb.
 

Bu barədə APA-ya məlumat verən Ə. Məmmədov bildirib ki, A. Yunusun vəziyyəti yaxşıdır:
 
“Saxlanma şəraitindən hər hansı şikayəti yoxdur. Cinayət işi üzrə istintaq davam etdirilir”.
 
Qeyd edək ki, Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə təqsirli bilinir. A. Yunus ötən il avqustun 5-də həbs edilib.
 





30.04.2015    çap et  çap et