525.Az

“Ulu Çinar”ın yeni sayı işıq üzü görüb


 

“Ulu Çinar”ın yeni sayı işıq üzü görüb<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin orqanı olan “Ulu Çinar” Türk xalqları ədəbiyyatı dərgisinin yeni sayı işıq üzü görüb.
 
525.az-ın məlumatına görə, jurnalın baş redaktoru Elxan Zal  açıqlamasında bildirib ki, dərginin bu sayı bütövlükdə çağdaş Türkiyə ədəbiyyatını əhatə etməkdədir.

Dərgidə Dilaver Cebecinin,Egemen Berközün, Ülkü Tamerin, Soysal Ekincinin, Müesser Yeniayın, İbrahim Tenekecinin, Mustafa Ruhi Şirinin, Eray Canberkin, Metin Altıokun, Atilla Erin, Zafer Şenocağın, Yavuz Özdemin, Birhan Keskinin, Güven Turanın, Ali Cengizkanın şeirləri, Sibel Eraslanın, Hülya Sezginin, Şebnem İşigüzelin, Fatma Karabıyık Barbarosoğlunun, Ataol Behramoğlunun, Edip Canseverin, Cemal Süreyanın, Ferit Edgünün, İsmayıl Ertürkün, Onur Caymazın, Hüseyin Sunun, İmdat Avşarın, Ahmet Yıldızın hekayələri və ədəbiyyatşünaslıq yazıları dərc olunub.
 
Jurnalda eyni zamanda müasir Türk nasiri Elif Şafakla müsahibə də oxucuların diqqətinə təqdim olunub.“Ulu Çinar” dərgisi həmişəki ənənəsinə sadiq qalıb.
 
Belə ki, bu nömrədə də çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən Umud Rəhimoğlunun şeirləri Türkiyə türkcəsində Türkiyəli oxucuların ixtiyarına verilib. 

Çap olunan materialların böyük əksəriyyəti Azərbaycanda ilk dəfə təqdim olunur.

Qeyd edək ki, jurnalın bu sayı Çanaqqalada şəhid olan türkiyəli və azərbaycanlı döyüşçülərin xatirəsinə ithaf olunub.

 





30.04.2015    çap et  çap et