525.Az

Heydər Əliyev prospektinin daha bir hissəsində nəqliyyat hərəkəti məhdudlaşdırılır


 

Heydər Əliyev prospektinin daha bir hissəsində nəqliyyat hərəkəti məhdudlaşdırılır <b style="color:red"></b>

Sabah Heydər Əliyev prospektinin “Hava limanı” yol qovşağından “Sabunçu” yol qovşağınadək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, göstərilən ərazidə qismən məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbi ilə səhər saat 10:30-dan axşam saat 17:00-dək tətbiq ediləcək.
 
Sürücülərdən aparılan işlərlə əlaqədar alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 





30.04.2015    çap et  çap et