525.Az

Dayə ananı gözüyaşlı qoydu (VİDEO)


 

Dayə ananı gözüyaşlı qoydu<b style="color:red"> (VİDEO)</b>

Fəaliyyəti hər hansı bir qanunla tənzimlənməyən, həmişə aktual olan dayə mövzusu bu gün yenidən gündəmə gəldi.

Sabunçu rayonunda övladını dayəyə etibar edən ana indi uşaqlarını geri ala bilmir. Hətta, bütün günü axıtdığı göz yaşı belə anaya bir günlük gecikməsinin nəticəsini aradan qaldırmağa kömək etmir.

2 oğlunu dayəyə etibar edən 25 yaşlı ana Samirə Sürxəndaninin oğlanlarını uşaqların dayəsi 1 saylı körpə uşaq evinə etibar edib. Belə ki, 3 və 1 yaş yarımlıq oğlunu dayəyə tapşirib iş dalınca gedən ananın uşaqların dalınca gəlmədiyini görən dayə oğlanları uşaq evinə yerləşdirib. Hər halda uşaqların anası belə deyir.

Samirənin dediyinə görə, uşaqların dayəsi Şahnaz xanımı illərdir ki tanıyır və o da, bu illər ərzində uşaqlarına pis-yaxşı baxıb. Aralarında ciddi problem yaşanmayıb. Razılaşmaya görə, Samirə Şahnaz xanıma uşaqlara ayırdığı 5 saata görə 10 manat ödəyirmiş. Dekabrın 6-da isə ananın uşaqların dalınca gəlmədiyini görən dayə belə bir üsula əl atıb. İndi 25 yaşlı ana uşaqlarına qovuşmaq üçün 1 saylı körpə uşaq evinin yollarında qalıb.

1 saylı körpə uşaq evinin baş həkimi dedi ki, uşaqlar körpələr evinə ayın 6-da axşam saatlarında dayə və 2 nəfər polislə gətirilib. Və yalnız uşaqların doğum haqqında şəhadətnaməsi gətiriləndən sonra polisin iştirakı ilə akt əsasında uşaq anaya qaytarıla bilər.

Yeri gəlmişkən qeyd edim ki, Samirə 3 il bundan əvvəl ailə həyatı qurub. Amma rəsmi nikahı olmadığından uşaqlarına da doğum haqqında şəhədətnamə almayıb. Hazırda isə, Samirənin həyat yoldaşı həbsxanadadır. Uşaqları körpələr evinə qoyan dayəylə isə əlaqə saxlamaq mümkün olmadı.

 





10.12.2012    çap et  çap et