525.Az

TQDK may və iyun aylarında SAT imtahanı keçirəcək


 

TQDK may və iyun aylarında SAT imtahanı keçirəcək<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 2-də növbəti SAT imtahanını keçirəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan may ayının 2-də saat 08.30-da TQDK-nın inzibati binasında təşkil olunacaq.
 
İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz). İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar və imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar.
 
TQDK tərəfindən növbəti SAT imtahanının iyun 6-da keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və may ayının 9-u saat 09:00-dək davam edəcək.
 





01.05.2015    çap et  çap et