525.Az

"TANAP-la İran, Türkmənistan və İraq qazını da nəql etmək imkanı var"


 

"TANAP-la İran, Türkmənistan və İraq qazını da nəql etmək imkanı var"<b style="color:red"></b>

İran tərəfi Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinə qoşulmaq üçün layihədə pay sahibi olanlara müraciət etməyib.

"APA-Economics"in məlumata görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.
 
"Biz TANAP-a gələcəyi perspektivli bir layihə kimi baxırıq. TANAP genişləndirilə biləcək böyük bir boru xəttidir. Onun vasitəsilə nəinki Azərbaycanın, hətta İranın, Türkmənistanın, İraqın da qazını nəql etmək imkanı var", - deyə R. Abdullayev bildirib.
 
SOCAR prezidenti əlavə edib ki, TANAP regionun "ən böyük arteriyası olaraq qalacaq".

 





01.05.2015    çap et  çap et