525.Az

Azərbaycan yığmasının heyəti açıqlanıb


 

Azərbaycan yığmasının heyəti açıqlanıb<b style="color:red"></b> İyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunlarının basketbol yarışlarının 3X3 növündə mübarizə aparacaq Azərbaycan yığmalarının heyəti dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, qadın və kişilərdən ibarət komandalarımız ən güclü “dördlüyü” müəyyənləşdiriblər.
 
Belə ki, baş məşqçi Elxan Əliyev sərəncamında olan basketbolçular arasında seçim edərək, mötəbər yarışa Rolandas Əliyev, Orxan Aydın (Hacıyeva), Amil Həmzəyev və Marşall Mozesi sifariş edib.
 
Qadınlardan ibarət millimizin çalışdırıcısı Tatyana Slojenitsina isə ilk dəfə baş tutacaq qitə Oyunlarında Tatyana Deniskina, Renara Tiffani Reys, Aneyka Henri və Dina Ulyanovaya şans verəcək.
 
Qeyd edək ki, Oyunlarda basketbol yarışları iyunun 23-26-da olacaq.
 





01.05.2015    çap et  çap et