525.Az

DİN məlumat yaydı


 

DİN məlumat yaydı<b style="color:red"></b> Daxili İşlər Nazirliyi (DİN) “Azərfon”un ofisində baş verən uçqunla bağlı məlumat yayıb.

525.az-ın DİN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 30-da paytaxtın Nizami rayonu ərazisində yerləşən “Azərfon” MMC-nin yeməkxanasının asma tavanının bir hissəsi uçub.

Nəticədə orada aşbaz işləyən Bakı şəhər sakini Saleh Çambaşırova xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
 





01.05.2015    çap et  çap et