525.Az

Gəncləri konkret hədəflərə yönəldən treninqlər - Fotoreportaj


 

Gəncləri konkret hədəflərə yönəldən treninqlər - <b style="color:red">Fotoreportaj</b>

Yeniyetmə və gənclərdə liderlik keyfiyyətlərinin formalaşdırılması, onlarda müstəqil düşünmə, çevik qərar qəbuletmə vərdişlərinin aşılanması milli təhsil sisteminin qarşısında duran vacib vəzifələrdən biridir.

Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey kompleksi bu zərurəti nəzərə alaraq innovativ metodların, modern texnologiyaların tətbiqi yolu ilə məktəblilərin intellektual və yaradıcı potensialının gücləndirilməsinə çalışır.

Bu günlərdə məktəb-lisey kompleksində təşkil olunmuş növbəti treninq də məhz bu məqsədə xidmət edib.

"İstək, məqsəd və hədəf" mövzusunda treninqin moderatorları Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşı Sərraf Hüseynov və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Riyad Məmmədzadə olub. Treninq zamanı məqsəd və hədəflərə doğru irəliləmələri, uğur əldə etmələri üçün gənclərin üzərinə düşən vəzifələrə toxunulub, ilk növbədə, yüksək təhsil almağın, müasir biliklərə yiyələnməyin vacibliyi vurğulanıb.

Xatırladaq ki, məktəb-liseyin abituriyentləri üçün bundan əvvəl də 2 treninq təşkil olunmuşdu. BSU-nun "Kölgə Kabineti"nin rektoru Afaq Yusifli "Mən 5 ildən sonra özümü harada görürəm" və BSU-nun tədris şöbəsinin müdiri Məmmədtağı Rzayev isə "Məntiq" mövzularında çıxış etmişdi.

 





01.05.2015    çap et  çap et