525.Az

"Həyatın qanunu" təqdim ediləcək


 

"Həyatın qanunu" təqdim ediləcək<b style="color:red"></b> Mayın 10-u saat 13:00-da "Həyatın qanunu - Qərb ədəbiyyatı" hekayələr toplusunun təqdimatı olacaq.

525.az-ın məlumatına görə, təqdimat "Bakumoz" kitab evində "Facebook"dakı "Kitabsevərlər" qrupu və "Bakumoz" kitab sifarişi mərkəzinin birgə layihəsi əsasında Dünya Ədəbiyyatından Seçmə Hekayələr silsiləsi başlığı altında təqdim edilir. Kitabsevərlərin Tərcümə Qrupu tərəfindən tərcümə edilən bu hekayələr, dilimizdə ilk dəfə nəşr olunur.

Məlumat üçün bildirək ki, kitabın qiyməti 5 manatdır.

Xatırladaq ki, toplu qrupun ərsəyə gətirdiyi 5-ci kitabdır. Buna qədər "İz" (yerli gənc yazarların hekayələri), "Gündəlik" (Nikolas Sparks), "Bülbülü öldürmək" (Harper Lİ), "Sükutun səsi" (Səbuhi Şahmursoy) kitabları çap edilib və oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Bundan başqa, silsilənin davamı kimi yaxın vaxtlarda "Şərq ədəbiyyatı" və "Uşaq ədəbiyyatı" toplularının nəşri nəzərdə tutulur.

Cavid QƏDİR
 





01.05.2015    çap et  çap et