Ümummilli lider Heydər Əliyevin anım mərasiminin keçirilməsi ilə əlaqədar 12 dekabr 2012-ci il tarixində Bakıda bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, Ulu Öndərin əziz xatirəsinin anılması mərasiminin keçirilməsilə əlaqədar olaraq ziyarət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə səhər saat 07:00-dan ziyarət başa çatanadək Fəxri xiyaban-Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti mədudlaşdırılacaq.
Ziyarət başa çatana qədər Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi-Teleteatr binası yanından və Parlament prospektinə bitişik digər ərazilərdə, Parlament prospektinə paralel Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrinin kəsişməsindən nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.
Bakı şəhər Baş Polis İdarəsi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.
çap et