525.Az

“Azərbaycan” jurnalının aprel sayı


 

“Azərbaycan” jurnalının aprel sayı<b style="color:red"></b>

Bu yaxınlarda “Azərbaycan” jurnalının aprel sayı nəşr  olunub.

Jurnal Nizami Cəfərovun “Ayrılarımı könül candan” yazısı ilə açılır. Yazıda azərbaycançılıq ideologiyası və Səməd Vurğunun azərbaycançılıq idealları haqqında fikirlər öz əksini tapıb.

Məmməd İsmayıl, Ramiz Qusarçaylı, Saleh Qurbanov, Rübail, Yusif Nəğməkar, Rafiq Yusifoğlu, Nazir Rüstəm, Faiq Hüseynbəyli və Pərviz Axundun şeirləri jurnalın ənənəvi “Poeziya” bölməsində təqdim edilib.

“Nəsr” rubrikasında Seyran Səxavətin “Qaçaqaç” roman-memuarının ardı, Kamil Əfsəroğlunun “İştah”, “Kuklalar güləndə”, Əlövsət Bəşirlinin “Etiraf”, Məmməd Namazın “Qərib axşamlar”, Zemfira Məhərrəmlinin “Beş saniyənin hökmü”, Tahir Möhlətin “Uşaq qəlbi”, Mənsurə Eldarqızının “Qanlı kəmər”, “Ad gününün sevinci” hekayələri öz əksini tapıb.

Teyyub Qurbanın “Sənədlərin dili ilə” yazısı dərginin “Publisistika” bölümündə yer alıb.

Mikayıl Rəfilinin 110 illiyi münasibətilə Nizaməddin Şəmsizadənin “Ədəbi tənqidimizin Rəfili ştatı” və Nazim Hikmətin M. Rəfiliyə yazdığı şeir jurnalda işıq üzü görüb.

Qəşəm Nəcəfzadə “Şəkillər - “Altı qızın biri Pəri” yazısında Məmməd Araz yaradıcılığından ətraflı söz açıb.

Seyran Süleymanın şeirləri “Bizim türk dünyamız” bölümündə verilib.

“Tənqid və ədəbiyyatşünaslıq” rubrikasında Qəzənfər Paşayevin “Hüseyn Kürdoğlunun poetik dünyası” və Eşqanə Babayevanın  “İztirab çəkən ruhun dramı” yazıları dərc edilib.

Paşa Əlioğlunun təqdimatında “Əlyazmalar İnstitutunun yeni nəşrləri” haqqında məlumat verilib.

S.ABDULLAYEVA

 





02.05.2015    çap et  çap et