525.Az

Daha bir “Ulduz”


 

Daha bir “Ulduz” <b style="color:red"></b>

Bugünlərdə “Ulduz” jurnalının aprel sayı işıq üzü görüb.

Dərgi şair Həyat Şəminin “Ulduz”a baxışlar dəyişir” adlı ekspert yazısı ilə açılır:

“Ulduz” jurnalının mart nömrəsi qarşımdadır, inkişaf və yenilənmə isə göz önündə. İstənilən ədəbi orqanın inkişaf və yenilənməsinin bazasında isə mütləq dəyişən məzmun və forma, kreativ kollektivin daxili potensialı, yaradıcı gücü, işlək qüvvəsi durur. Maraqlı və axtarışlı hər bir oxucunun gözü daim daha maraqlı və təəccüb doğuracaq yazı axtarışındadır. Mətbu orqan üçün oxucu sərhədi yoxdur, amma sərhədsiz oxucu qarşısına çıxmağın da böyük məsuliyyəti var”.

Ekspert  yazısını gənc yazar Səxavət Sahilin şeirləri izləyir.

Qulu Ağsəsin “Görsən üşüyürsən, yandır özünü” essesi də jurnalın bu sayında dərc edilib.

“Ulduz”un aprel sayında İlkin Xaliq, İltimas Səmimi, Hikmət Məlikzadə, Esmira Məhiqızı, Leyla Faiqqızı, Faiq Hüseynbəylinin şeirləri təqdim edilib.

“Ulduz” jurnalı ilə “Ədəbiyyat qəzeti”nin birgə layihəsi olan “Variasiya”da Orxan Kamalın “İki buçuk” hekayəsinin tərcüməsi ilə bağlı müsabiqə elan olunmuşdu. Ədəbiyyatşünas alim və tərcüməçi Məti Osmanoğlu Nilufər Şıxlını tərcümə müsabiqəsinin qalibi seçib. Layihəyə, onunla yanaşı, Nazilə Gültac, Xanım Mehdixanlı, Gülnar Axundova, Turan Bayramqızı, Pərvanə Rəhimli,  Şəfiqə Şəfa, Nigar An qatılmışdı.

Professor Vaqif Yusifli “Ədəbi gənclik: 2014” məqaləsində ilin poetik mənzərəsini təsvir edib.

Jurnalın “Tərcümə saatı”nda Zəka Vilayətoğlunun tərcüməsində modern türk yazıçısı Yalçın Tosunun “Damdakı”, Məlahət  Qənbərovanın tərcüməsində Mar Bayciyevin “Dost axtarıram” hekayələri işıq üzü görüb.

Filologiya üzrə fəlsəfə doktoru Təranə Turan Rəhimlinin “Anarın “Gözmuncuğu” povesti əsrin nəsri kontekstində” yazısı jurnalın “Tribuna”sında verilib.

Jurnalın bu sayına Vahid Qazi “Yaddaş ləpirləri” silsiləsindən “Sonalar “gölü”nün sahili” barəsində İsveçdən yazıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Məleykə Alıqızının “Uğur gedilən yoldur” yazısı da “Ulduz”u aprel sayında oxuculara təqdim edilib.

Zaur Qəriboğlu “Sükutun səsi”ndə “Fikir cizgiləri”ni qələmə alıb.

Nəsrsevərlər jurnalda Aydın Canıyevin “Yesenya”, Ayişə Nəbinin “Qucağımdaymış ölüm” hekayələri ilə tanış ola bilərlər.

Məti Osmanoğlunun təqdimatında Yohan Höyzinqanın “Gənc yazarlar üçün nəzəriyyə dərsi” verilib.

Jurnalın əməkdaşı Fərqanə Mehdiyevanın “Mələklər apardı səni” yazısı dəyərli şairə Nurəngiz Günün əziz xatirəsinə ithaf olunub.

“Ulduz”un ənənəvi “Dərgidə kitab” layihəsində bu dəfə şair Xəyal Rza “Qırmızı” ilə çıxış edir.

Jurnalı alanlar hədiyyə olaraq şairə Sona Vəliyevanın “Arazbarı” kitabını və Zülfiyyə Eldarqızının “Turan ellərinə salam söyləyin” adlı diskini əldə edə bilərlər.

S.MÜRVƏTQIZI

 





02.05.2015    çap et  çap et